Vətəndaşın Uğurmediaya müraciəti

Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyi olaraq hər zaman haqsızlığa məruz qalan insanlarımızın yanındayıq.Buna bariz nümunə olaraq Cabbarova Gülxar Hüseycan qızına qarşı edilmiş dələduzluğu misal göstərə bilərik.Beləki adıçəkilən vətəndaş 23.09.2020-ci il tarixdə “Nilay” mebel mağazasıyla mebelləri indi deyil aprel ayında götürmək şərtilə 3700 manatlıq mebelin 700 manatını beh olaraq,daha sonra 25.03.2021-ci il tarixdə mebelin qalan pulunun 2500 manatını ödəmişdir.Geriyə qalan məbləği mebel evə gələrkən ödəməyə razılaşmışdır.Lakin mağaza sahibi Muradov Nicat Əli oğlu uzun müddət alıcını yubadıb,daha sonra birdəfəlik aradan çıxmışdır.
Vətəndaş Cabbarova Gülxar Hüseyncan qızı 16.08.2021-ci il tarixdə bizə müraciət etmiş və həmin tarixdə də bizlə müqavilə bağlamışdır.Biz də Uğurmedia olaraq Azərbaycan polisinə güvənərək 26.08.2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin rəisi cənab polkovnik Şəhriyar Şəmşirliyə ərizə ilə müraciət edərək bu işlə yaxından məşğul olmağı xahiş etmişik.
Biz inanırıq ki,vətəndaş Cabbarova Gülxar Hüseyncan qızına dəymiş ziyan polis tərəfindən odədiləcəkdir.
Əgər siz də belə haqsızlıqlarla qarşılaşıb,hüquq pozuntusuna məruz qalmısınızsa,Uğurmediaya müraciət edə və ya qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
Qaynar xətt : (+994) 51 882 22 22



Xəbərlər  Tarix:   18 Avq 2021 / 15:11


« Əvvəlki xəbər (2136 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR