AFFA klublara növbəti dəfə maliyyə yardımı edəcək

AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.
"Report"un məlumatına görə, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Komandaların müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək dəstə təmsilçilərinə vəsait ayrılacaq.
Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.



Xəbərlər  Tarix:   19 Avq 2021 / 13:52


« Əvvəlki xəbər (2132 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR