Gömrükçülər Rusiyadan qaçaq yolla gətirilən 20 ədəd "Iphone 12" aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya istiqamətindən gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   30 Avq 2021 / 14:42


« Əvvəlki xəbər (2113 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR