Avropa İttifaqı COVID-19-a qarşı peyvəndləmə hədəfinə çatıb

Avropa İttifaqında (Aİ) yaşlı əhalinin 70%-i koronavirusa qarşı peyvənd olunub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.
“Lakin biz davam etməliyik və daha çox avropalı peyvənd olunmalıdır”, - fon der Leyen özünün tviter hesabında yazıb.
O əlavə edib ki, Aİ əhalinin vaksinlənməsi işində bütün dünya üzrə tərəfdaşlarına köməklik göstərməkdə davam etmək niyyətindədir.



Xəbərlər  Tarix:   31 Avq 2021 / 14:22


« Əvvəlki xəbər (2107 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR