Azərbaycanın daha 6 paralimpiya çempionu Bakıya qayıdıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.
"Report"un məlumatına görə, bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası və "Neftçi" İdman Klubu qarşılama mərasimi təşkil edib.
Qızıl medal qazanan paracüdoçular Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq), çempion olan para-atletlər Həmid Heydari, Elvin Astanov, bürünc medalçı Səid Nəcəfzadə və yarışı medalsız başa vuran Kamil Əliyevlə, Nurlan Babacanovu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.
Qeyd edək ki, daha əvvəl Tokio paralimpiadasında iştirak etmiş 4 idmançı Bakıya dönüb



Xəbərlər  Tarix:   1 Sen 2021 / 10:14


« Əvvəlki xəbər (2100 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR