İcmal büdcənin gəlirləri 2025-ci ilə qədər 30 milyard manata çatdırılacaq

Azərbaycanın icmal büdcəsinin gəlirləri 2023-cü ildə 28 175,8 milyon manat, 2024-cü ildə 28 963,4 milyon manat, 2025-ci ildə isə 29 606,5 milyon manat olması nəzərdə tutulub.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2023-25-ci illərdə icmal büdcənin xərclərinin isə müvafiq olaraq 31 664,2 milyon manat, 31 774,4 milyon manat və 31 890 milyon manat olması gözlənilir.
Son nəticədə icmal büdcənin kəsiri 2023-cü ildə 3 488,4 milyon manat, 2024-cü ildə 2 811 milyon manat, 2025-ci ildə isə 2 283,5 milyon manat təşkil edəcək.



Xəbərlər  Tarix:   9 Sen 2021 / 10:44


« Əvvəlki xəbər (2066 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR