Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var

Kolumbiyanın şimalında partlayış törədilib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ölkənin milli polisinin rəhbəri, general Xose Luis Varqas Valensiya özünün tvitterdəki səhifəsində bildirib ki, hadisə Kukuta-El-Eskobal magistral yolunda qeydə alınıb. Polis patrulunun hərəkət etdiyi yolda törədilən partlayış nəticəsində 1 qadın həlak olub, daha 4 nəfər yaralanıb. Qeyd edilir ki, yaralananlar arasında yol polisinin 2 əməkdaşı da var. Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidəni həyata keçirirmiş.
Polis rəhbəri hadisəni pisləyib. Partlayışda əli olanların axtarışına başlanılıb.



Xəbərlər  Tarix:   10 Sen 2021 / 11:25


« Əvvəlki xəbər (2048 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR