Baş həkim: "Allergiya xəstələri 2-4 həftə müalicə keçdikdən sonra peyvənd oluna bilərlər"

"Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər".
"Report" xəbər verir ki, bunu 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova deyib.
"Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilsin və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunsun. Orada qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur", - baş həkim bildirib.



Xəbərlər  Tarix:   10 Sen 2021 / 11:34


« Əvvəlki xəbər (2047 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR