TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
V.Qurbanov hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.
Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.



Xəbərlər  Tarix:   13 Sen 2021 / 11:46


« Əvvəlki xəbər (2041 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR