Dünyada koronavirusa yoluxanların sayı 226 milyonu ötüb

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.
“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada COVID-19-a 226 003 396 yoluxma aşkarlanıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 651 424 nəfərə çatıb. Virusa yoluxan 202 648 053 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Böyük Britaniya qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Xəbərlər  Tarix:   14 Sen 2021 / 11:19


« Əvvəlki xəbər (2030 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR