Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb.
“Report” bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub.
Emal olunmuş taxıl məhsulları və yem qarışıqlarının Çexiya, Polşa, Azərbaycan, Litva və Latviyya, qarabaşaq yarmasının isə Belarus, Qazaxıstan və Ermənistana göndərildiyi bildirilir.



Xəbərlər  Tarix:   15 Sen 2021 / 12:49


« Əvvəlki xəbər (2021 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR