Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin aviasiya dəstəsinin qəzaya uğrayan “Ka-27” helikopterinin göyərtəsindəkilərin hamısı ölüb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, hadisə Kamçatka ərazisində olub.
09:52
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.
Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.
Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.



Xəbərlər  Tarix:   24 Sen 2021 / 11:40


« Əvvəlki xəbər (1958 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR