SOCAR Gürcüstanda soydaşlarımız üçün daha bir bağça tikdirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün bağça binasının təməli qoyulub.
Mərasimində Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili, Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili, Saqareco meri vəzifəsinə namizəd Avtandil Qulikaşvili, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov iştirak ediblər.
Bildirilib ki, 22 000 nəfər əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisi bütünlüklə “SOCAR Energy Georgia” tərəfindən həyata keçiriləcək və xeyriyyə məqsədilə dövlətə təhvil veriləcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartların tələblərinə uyğun şəkildə inşa ediləcək.
Sentyabrın 18-də şirkətin Laqodexinin Qabal kəndində inşa etdirdiyi uşaq bağçasının açılışı olub. Müəssisə xeyriyyəçilik əsasında Gürcüstan dövlətinə təmənnasız təqdim olunub.



Xəbərlər  Tarix:   28 Sen 2021 / 12:35


« Əvvəlki xəbər (1942 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR