Putin: "Türkiyə Qarabağda sülhə töhfə verir"

"Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir".
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərindəki görüşündə bildirib.
V.Putin Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin məhsuldar fəaliyyət göstərdiyini qeyd edib: “Rusiya-Türkiyə Azərbaycanla Ermənistan sərhədində atəşkəsə nəzarət üzrə də fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq sabitlik və tərəflərin sülhə yönəlmiş addımlar atmaları ilə bağlı mövqelərinin razılaşmasına ciddi bir təminatdır".



Xəbərlər  Tarix:   29 Sen 2021 / 16:35


« Əvvəlki xəbər (1934 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR