Rektor: "Universitetin qarşısındakı izdihamı tələbələrin qohumları yaradıb"

"Tədrisin ilk günü olduğu üçün tələbələri qohumlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur".
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təhsil müəssisəsinin qarşısındakı izdiham barədə danışarkən deyib.
Rektor bildirib ki, bu sıxlıq tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır: "Buna görə də valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər".
"Hazırda Bakı Dövlət Universitetində 22 min nəfərə yaxın tələbə təhsil alır. Bu il isə 5000 nəfər tələbə universitetin birinci kursuna qəbul olunub. Cari ildə pandemiya şərtlərinə görə, təhsil müəssisəsində tədris növbəlilik prinsipi əsasında təşkil olunur. Hər növbə üzrə isə BDU-ya minlərlə tələbə gəlir"- deyə E.Babayev əlavə edib.



Xəbərlər  Tarix:   29 Sen 2021 / 16:48


« Əvvəlki xəbər (1932 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR