ADY: “Bakı-Sumqayıt qatarlarında sıxlıq artarsa, tədbirlər görüləcək”

“Azərbaycan Dəmir Yolları” QSC-nin monitorinq qrupları tərəfindən yeni tədris ilinin başlanılması ilə bağlı müşahidələr aparılır”.
Bu barədə “Report”un sorğusunun cavabında “Azərbaycan Dəmir Yolları” hazırda Bakı-Sumqayıt qatarlarında həddindən çox sıxlığın qeydə alınmasına münasibət bildirərkən deyib.
Qurumdan verilən məlumata görə, sərnişin sıxlığı artarsa, onun aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
Xatırladaq ki, 29 sentyabrdan ali və orta ixtisas təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Qeyd edək ki, Bakıdan Sumqayıta gün ərzində 18 reys həyata keçirilir. Oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti tam bərpa olunaraq, şənbə və bazar günləri də işləyəcək. ADY şənbə, bazar və digər qeyri-iş günləri üçün yeni hərəkət cədvəlini açıqlayıb.



Xəbərlər  Tarix:   30 Sen 2021 / 16:46


« Əvvəlki xəbər (1931 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR