Bakıda nazirliyin qurumu qarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   4 Okt 2021 / 12:57


« Əvvəlki xəbər (1921 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR