Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın il mərasimi keçirilib. Bununla əlaqədar Yasamal rayonundakı 2-ci Fəxri Xiyabanda dəfn edilən şəhidlərin məzarlarıı ziyarət edilib. Şəhid hərbi qulluçular Hüseyn Tağıyev, Sübhan Əbdürrəhmanov, Sənan Kərimov və Rəşad Quliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
İl mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri, YAP rayon təşkilatlarının sədrləri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.Bildirilib ki, şəhidlərimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqlar. Şəhidlərimizin fədakarlığını, onların Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.



Xəbərlər  Tarix:   7 Okt 2021 / 15:14


« Əvvəlki xəbər (1899 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR