Belarusun Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Belarusun Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoliy Davidoviçin xatirəsi anılıb.
Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Silahlı Qüvvələrin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti 1992-ci ilin iyununda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Anatoliy Davidoviçin məzarını ziyarət edib, səfirlik adından şəhidin məzarı önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Səfirliyin əməkdaşları Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviçi də ziyarət ediblər. Görüşdə qəhrəmanın şücaəti, gənclik və xidmət illəri xatırlanıb. Vurğulanıb ki, 1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.
Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan dövlətinə səfirliyin və ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Səfər çərçivəsində Ü.Baxşəliyev Slutsk şəhərinin rəhbəri Andrey Yankeviçlə də görüşüb.



Xəbərlər  Tarix:   8 Okt 2021 / 14:48


« Əvvəlki xəbər (1896 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR