Goranboy rayonunda əhali arasında vaksinasiya işləri davam etdirilir.

Koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəal və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən bütün yaşayış məntəqələrində gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir. Bu əməli tədbirlərin müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi, gigiyenik qaydalara əməl olunması və əhalinin peyvəndə cəlb olunması ilə bağlı tövsiyyə və maarifləndirmə işləri diqqətdə saxlanılır.
Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 22822 tibbi test keçirilmiş, bundan 4928 nəfərində diaqnoz təsdiqlənmişdir. 4700 nəfəri sağalmış, 101 nəfər vəfat etmişdir. Hazırda 127 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 3 nəfəri Xəstəxanada, 124 nəfəri isə ev şəraitində müalicə alır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir.14 oktyabr 2021-ci il tarixə rayon üzrə 91015 doza istifadə olunmuşdur. Bundan 50048 1-ci dozadır.
Qeyd edirik ki, aparılan əməli tədbirlərin müsbət nəticəsidir ki, son günlərdə rayon ərazisində yoluxma hallarının sürətlə azalması, sağalmada isə yüksək dinamika müşahidə olunur.
Əziz Goranboylular:
Sizləri bir daha, karantin rejimi qaydalarına ciddi əməl etməyi və peyvənd aksiyasına fəal qoşulmağı tövsiyyə edirik.



Xəbərlər  Tarix:   15 Okt 2021 / 12:18


« Əvvəlki xəbər (1872 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR