Avropanın tələbatını ödəmək üçün Kanada sıxılmış təbii qaz layihəsini sürətləndirə bilər
Avropada qaza olan artan tələbi qarşılamaq üçün Kananın şərqində sıxılmış təbii qazın istehsalı üzrə layihənin icrası sürətləndirilə bilər.RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “LNG Newfoundland and Labrador Limited” korporasiyasının bu layihə ilə məşğul olan icraçı direktoru Leo Pauer məlumat verib.
“Avropalı alıcıların tələblərini ödəmək üçün təbii qazın hasilatı və sıxılması üzrə 5,5 milyard Kanada dolları dəyərində layihənin icrası 2030-cu ildən 2028-ci ilə keçirilə bilər”, - o bildirib.
Terminal il ərzində 2,6 milyon sıxılmış təbii qaz istehsal edəcək.
Onun sözlərinə görə, Nyufaundlenddə həyata keçiriləcək layihənin Meksika körfəzindəki sıxılmış təbii qaz terminalları ilə müqayisədə əsas üstünlüyü Avropaya daha yaxın olması və su enerjisi ilə işləməsindədir: "Bu isə tullantıları minimuma endirməyə imkan verəcək".

Xəbərlər Tarix: 29 Mart 2022 / 10:11
« Əvvəlki xəbər (1603 / 7293) Növbəti xəbər »