DİM imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı iddialarına cavab verib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib. M.Abbaszadə bildirib ki, 2015-ci ildən başlayaraq markerlər kursu yaradılıb.
“Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, - o bildirib.



Xəbərlər  Tarix:   16 Apr 2022 / 12:29


« Əvvəlki xəbər (1491 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR