Prokuror Bakıda tanışını qətlə yetirən şəxsə 19 il həbs cəzası istəyib

Prokuror Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Zeynal Zeynalovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Z.Zeynalov tanışı, 1985-ci il təvəllüdlü Ramil Oruclunu aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Z.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.



Xəbərlər  Tarix:   19 Apr 2022 / 11:40


« Əvvəlki xəbər (1469 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR