Gürcüstanda Bakıda hazırlanan saxta sənəd aşkarlanıb, saxlanılan var
Gürcüstanda saxta sənədin hazırlanması və başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirməyə görə bir nəfər saxlanılıb.Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, həmin şəxs Dövlət Reyestri üzrə Milli Agentliyə Bakıda notariusdan əldə etdiyi saxta etibarnamə və alqı-satqıya dair müqavilə təqdim edib. Bu sənədlərin əsasında o, Tbilisinin Diğomi kəndində dəyəri 300 min laridən çox olan 991 kvadrat metr torpaq sahəsini öz adına qeydiyyata aldırıb.
Həmin torpaq sahəsi digər ölkənin vətəndaşının mülkiyyətində oub. Hazırda əmlaka həbs qoyulub.
İstintaq Xidməti cinayət əməlinin törədilməsində iştirak edən digər mümkün şəxslərin müəyyən olunması üzrə istintaq tədbirlərini davam etdirir.
İstintaq Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə aparılır. Bu cinayət əməlinə görə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Xəbərlər Tarix: 20 Apr 2022 / 14:10
« Əvvəlki xəbər (1460 / 7294) Növbəti xəbər »