Almaniya kansleri: "Üçüncü Dünya müharibəsinin baş verməməsi üçün əlimdən gələni edirəm"
“Almaniya Rusiyanın NATO-ya təcavüz təhlükəsinə görə Ukraynaya ağır silah verə bilmir”. Almaniyanın kansleri Olaf Şolts “Şpigel”ə müsahibəsində bildirib.
“Biz və müttəfiqlərimiz Ukraynaya silah tədarük edirik. Məsələ qorxmaqda deyil, siyasi məsuliyyətdədir. Uçuşsuz zona tələbi təmin edilsəydi, NATO müharibəyə daxil olardı. Mən and içmişəm. Çoxdan bildirmişəm ki, yaxşı silahlanmış, nüvə silahlı fövqəldövlət olan Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişədən qaçmaq lazımdır. Üçüncü Dünya müharibəsinə aparan gərginliyin baş verməməsi üçün əlimdən gələni edirəm. Nüvə müharibəsi olmamaldır. Axı Rusiyadan NATO ərazisinə təhlükə qalır. Bunu Bundesverin (Almaniya Silahlı Qüvvələri – “Report”) sayının artırılması ilə bağlı Baltikyanı ölkələrdən olan tərəfkeşlərimizin istəklərindən bilirik”, - o deyib.
O.Şolts vurğulayıb ki, NATO-nun qoyduğu tapşırığa əsasən, Almaniya öz hərbi sursatı və avadanlığından istifadə etməklə 12 gün mümkün hücuma müqavimət göstərməlidir: "Almaniya öz ərazisini qorumağa hazır olmalıdır. Ona görə də indiki şəraitdə bu təhlükə ilə bağlı öhdəliyi unutmamaq üçün əlimdən gələni edirəm”.
Kansler bununla belə müdafiə qabiliyyətini Qərb silahları ilə də yüksəltmək üçün Ukraynaya yardım etmək niyyətində olduqlarını söyləyib.
Qeyd edək ki, O.Şoltsın tapşırığı üzrə Ukraynaya hərbi yardımı özündə ehtiva edən 48 səhifəlik siyahı 24 səhifəyədək ixtisar olunub və rəsmi Kiyevin istədiyi 15 silah növündən 3-ü saxlanılıb.

Xəbərlər Tarix: 22 Apr 2022 / 14:34
« Əvvəlki xəbər (1443 / 7294) Növbəti xəbər »