Səfirlik: ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur
Bu gün səfir Li Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter“ səhifəsində bildirilib.“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”, - qeyd olunub.
Xəbərlər Tarix: 18 May 2022 / 14:59
« Əvvəlki xəbər (1267 / 7294) Növbəti xəbər »
« Əvvəlki xəbər (1267 / 7294) Növbəti xəbər »