Britaniya Rusiyanın aviasiya şirkətlərinə yeni sanksiyalar tətbiq edib
Britaniya hökuməti bu gün Rusiyanın hava yolları sektoruna qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Britaniya hökumətinin saytında məlumat verilib.Bildirilib ki, Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot”, “Ural Airlines” və “Rossiya Hava Yolları” indi Britaniya hava limanlarında istifadə edə bilmədiyi, gəlirli eniş yerlərini sata bilməyəcək və bu, Rusiyanın təqribən 50 milyon funt-sterlinq pul qazanmasına mane olacaq.
"Nə qədər ki, Prezident Putin Ukraynaya qarşı hücumunu davam etdirəcək, biz Rusiya iqtisadiyyatını hədəf almağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətləri üçün bağlamışıq. Bu gün biz onların hava limanlarımızda qazanclı eniş yerlərində pul qazana bilməyəcəyinə əmin oluruq. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mesajımızı gücləndirir – biz Ukrayna qalib gələnə qədər dayanmayacağıq", - Britaniya xarici işlər naziri Liz Trass deyib.

Xəbərlər Tarix: 19 May 2022 / 14:28
« Əvvəlki xəbər (1260 / 7293) Növbəti xəbər »