Nazir: “TÜRKSOY, İSESCO və digər təşkilatlar “Bakı prosesi”nə dəstək verir”
“Yəqin ki, hər bir xarici vətəndaşı, diplomatı bir sual düşündürür: niyə Şuşa hər bir azərbaycanlı üçün bu qədər əhəmiyyətlidir? Məsələ budur ki, hər bir xalqın mədəniyyətinə və tarixinə təsir edən bir mərkəz olur, Şuşa da bizim üçün belədir”.mədəniyyət naziri Anar Kərimov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, Şuşa Azərbaycanın qeyri-maddi mədəni irsinin ən zəngin mərkəzlərindən biridir: “Bu şəhər özünün musiqi mədəniyyəti ilə xüsusilə məşhurdur. Şuşanın mədəni irsi olduqca zəngin və əhatəlidir”.
Xəbərlər Tarix: 19 May 2022 / 14:36
« Əvvəlki xəbər (1258 / 7293) Növbəti xəbər »
« Əvvəlki xəbər (1258 / 7293) Növbəti xəbər »