KTMT Müdafiə Nazirləri Şurasının iclasının vaxtı açıqlanıb
Mayın 24-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.Moskva müxbirinin KTMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda müdafiə nazirləri mövcud geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.İclasa videokonfrans vasitəsilə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edəcək.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistanın müdafiə nazirləri, KTMT-nin baş katibi Stanislav Zas və KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov iştirak edəcək

Xəbərlər Tarix: 20 May 2022 / 12:20
« Əvvəlki xəbər (1252 / 7293) Növbəti xəbər »
« Əvvəlki xəbər (1252 / 7293) Növbəti xəbər »