Məhkəmə sistemində qiymətləndirici şirkətlərə etimad çox aşağıdır

"Məhkəmə sistemində qiymətləndirici şirkətlərin fəaliyəti ilə bağlı etimad çox aşağıdır". Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında iştirak edən Müstəqil Ekspertiza Mərkəzinin rəhbəri Şükür Hüseynov deyib.Onun sözlərinə görə, Qiymətləndiricilər Cəmiyyətinin əsas problemi onların rəyi ilə bağlı məhkəmə-hüquq sistemi tərəfindən nüfuzun çox aşağı olmasıdır. Bu isə ondan irəli gəlir ki, məhkəmənin qiymətləndirmə ilə bağlı ekspertizasına qiymətləndirmə şirkətləri bir-birindən kəskin fərqlənən qiymətlər təqdim edirlər.
"Eyni vaxtda məhkəmə ekspertizasının təklif etdiyi işə və obyektə görə, bir şirkət 1 manat, digəri isə 5 manat qiymət müəyyən edir. Bu isə istər-istəməz bizim nüfuzumuzu aşağı salır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyindən tələbimiz budur ki, bu məsələ tezliklə tənzimlənsin"- deyə, şirkət rəhbəri əlavə edib.



Xəbərlər  Tarix:   20 May 2022 / 12:31


« Əvvəlki xəbər (1251 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR