KİV: “Azərbaycanın PUA-lardan istifadə etməsi dünyada onlara marağı artırdı”
“Azərbaycanın 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi dünyada onlara marağı artırdı”.jurnalist Pol İddon “Forbes” jurnalında dərc olunmuş məqaləsində yazır ki, “rəsmi Ankara Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Azərbaycana “Bayraktar TB2” PUA-ları satmışdı. Rəsmi Bakı bu PUA-lardan 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunlarına qarşı istifadə etdi. Bu müharibədən sonra Türkiyə və Azərbaycan hərbi əlaqələrini möhkəmləndirmək niyyəti ilə 2021-ci ilin iyununda Şuşa Bəyannaməsi imzaladılar”.
O bildirib ki, Türkiyənin “Bayraktar TB2” PUA-larını satdığı daha bir ölkə Ukraynadır: "Bu ölkə sözügedən PUA-lardan Rusiyaya qarşı hərbi əməliyyatlarda uğurla istifadə edir. Ukrayna müharibəsində TB2-lər döyüş qabiliyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Lakin məhz Azərbaycanın 2020-ci ilin payızında PUA-lardan qətiyyətlə istifadə etməsi dünyada onlara marağı kəskin şəkildə artırdı”.
İsrail istehsalı olan “Harop” PUA-larına gəlincə, P.İddon yazır: “Azərbaycan Qarabağdakı müharibədə özünün “Harop”larından Ermənistanın "S-300" zenit-raket komplekslərinə qarşı istifadə etdi. Ötən ilin payızında xəbər yayılmışdı ki, İsrail və Mərakeş bu Şimali Afrika ölkəsində birgə “Harop” istehsalı ilə bağlı saziş imzalamağa yaxındır.
İran isə may ayında Tacikistanda “HESA Ababil-2” hərbi PUA-larının istehsalı üzrə zavod açdı. Bu hadisə Tacikistana qonşu olan Qırğız Respublikası Türkiyədən “Bayraktar TB2” PUA-ları sifariş etdikdən 1 il keçməmiş baş verdi”.
Müəllif əlavə edib ki, Qazaxıstan Türkiyədən sonra “TAI Anka” PUA-larının yığılması ilə məşğul olacaq ikinci ölkədir.

Xəbərlər Tarix: 25 May 2022 / 10:38
« Əvvəlki xəbər (1213 / 7293) Növbəti xəbər »