İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. “Anadolu” agentliyi şəhərin qubernatoru İhsan Abbaspura istinadən xəbər yayıb.
Xatırladaq ki, biznes binası mayın 23-də çöküb.
İranın Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Vahid Şabani hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib. Dağıntılar altından 48 nəfəri xilas etmək mümkün olub.

Xəbərlər Tarix: 27 May 2022 / 14:12
« Əvvəlki xəbər (1186 / 7293) Növbəti xəbər »