Nazir müavini: "Qazilərlə bağlı əlavə tədbirlərə ehtiyac var"
"Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var".bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, nazirlik tərəfindən 15 min qazi ilə paralel olaraq, təqribən 86 min müharibə veteranı ilə bağlı işlər aparılır: "Birinci Qarabağ müharibəsi ilə bağlı da müəyyən işlərimiz gedir. İndiyədək 3 min qazimizin əlilliyi müəyyən olunub. Bu məsələ ilə bağlı müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazimiz ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar".
Nazir müavini bildirib ki, təqribən 12 min qazi hər hansı bir şəkildə işlə təmin olunub: "Bu şəxslərə 20 min reablitasiya vasitəsi verilib".

Xəbərlər Tarix: 20 İyun 2022 / 14:05
« Əvvəlki xəbər (1128 / 7293) Növbəti xəbər »