Cəbrayılda Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi yaradılır

Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi (Cəbrayıl Enerji Qovşağı layihəsi) yaradılacaq.Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.Tədbirlər Planına əsasən, “Azərenerji” ASC Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022-2026-cı illər ərzində Cəbrayıl Enerji Qovşağı layihəsinin yaradılmasını təmin etməlidir.
Bunun üçün ilkin olaraq 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi- Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası 24 km EVX-nin tikintisi nəzərdə tutulur.
Aralıq dövrdə 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi-Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV-luq Cəbrayıl- Şahtaxtı EVX-nin çəkilməsi (255 km) 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) planlaşdırılır.
Yekun olaraq isə Naxçıvan MR ərazisində 330/400 kV çevirici YS-nin tikintisi, 400 kV-luq Şahtaxtı- Ağrı-2 EVX-nin çəkilməsi (230 km) 330 kV Cəbrayıl YS- nin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS- nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi- Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV-luq Cəbrayıl- Şahtaxtı EVX-nin çəkilməsi (255 km), 330 kV Cəbrayıl YS- nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) nəzərdə tutulur.



Xəbərlər  Tarix:   22 İyun 2022 / 15:33


« Əvvəlki xəbər (1108 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR