Azərbaycan Prezidenti Türkiyə ilə imzalanmış Əlavə Prosedur Müqaviləni təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.fərmana əsasən, 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiqlənib.
Sənədə əsasən, fərmanda göstərilən Əlavə Prosedur Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Prosedur Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.



Xəbərlər  Tarix:   5 İyul 2022 / 16:19


« Əvvəlki xəbər (1074 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR