KİV: “Ermənistan Gürcüstandakı səfirini geri çağırır”

Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağrılacaq.bu barədə Ermənistan mətbuatı yazıb.
“Qraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata əsasən, R.Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin olunacaq.
Nəşrdə A.Smbatyanın aqremanının Gürcüstana artıq göndərildiyi bildirilib.
Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.



Xəbərlər  Tarix:   9 İyul 2022 / 15:14


« Əvvəlki xəbər (1043 / 7291) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR