Nazirlik: Azərbaycanda meymunçiçəyinə yoluxma istisna olunmur
“Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Lakin biz bu halları da istisna edə bilmərik”. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.Onun sözlərinə görə, hazırda əsas məsələ meymunçiçəyinə yoluxma olarsa, ilk faktı vaxtında aşkar etməkdir.
O qeyd edib ki, əgər şəxs özünü pis hiss edirsə, üz dərisində dəyişiklik, yaralar varsa, təcrid olunaraq həkimə müraciət etməlidir: “Hazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur. Lakin əsasən təmas yolu ilə yoluxması müşahidə edilir. Burada uzunmüddətli təmasdan söhbət gedir. Hər hansı bir şübhə varsa, həkimə müraciət etmək vacibdir. Meymunçiçəyinin səpkiləri suçiçəyi ilə müqayisədə daha dərində olur. Bunu ayırd etmək isə mütəxəssislərin işidir”.

Xəbərlər Tarix: 20 İyul 2022 / 14:58
« Əvvəlki xəbər (1008 / 7293) Növbəti xəbər »