Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı bu il 26,3 faiz, son 4 ildə 6,2 dəfə artıb
Dövlət başçısının tapşırıqları əsasında son illər aparılan köklü sosial islahatlar sosial ödənişlərin, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsini xeyli genişləndirib.
2022-ci ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.
Qeyd edək ki, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.
Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şəhidlərinin ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Xəbərlər Tarix: 27 İyul 2022 / 13:46
« Əvvəlki xəbər (960 / 7294) Növbəti xəbər »