Nazirliyin Aparat rəhbəri Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev avqustun 5-də Xaçmaz rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 27 iyul – 2 avqust tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.



Xəbərlər  Tarix:   28 İyul 2022 / 12:05


« Əvvəlki xəbər (949 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR