Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib
30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birlikdə dəyirmi masa təşkil olunub.
“İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
İnsan alverinə qarşı mübarizədə atılan addımlar, dövlət qurumları və qeyri-hökümət təşkilatlarının bu sahədəki fəaliyyəti, insan alverindən zərər çəkmiş şəxslərin reabilitasiyası üzrə layihələr müzakirə olunub.
Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nı qeyd edib. Milli Fəaliyyət Planında insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin də mühüm yer tutduğunu vurğulayıb. İnsan alverindən zərər çəkmiş şəxslərə Agentlik tərəfindən göstərilən sosial xidmətlər, Agentliyin tabeliyindəki mərkəzin - İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib.
Qeyd edilib ki, sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəz ötən dövrdə 326 şəxsin sosial reabilitasiyası işlərini aparıb.
Onlardan 203 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilən insan alveri qurbanları, 123 nəfər müvafiq dövlət qurumları, qeyri-hökümət təşkilatları tərəfindən istiqamətləndirilən potensial insan alveri qurbanları olub.
Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev insan alveri ilə mübarizədə birgə fəaliyyət müstəvisində görülən tədbirlərin əhəmiyyətini qeyd ediblər. Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbir insan alverinə qarşı mübarizə sahəsində görülən işlər və perspektivlərə dair müzakirələrlə davam edib.
BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.

Xəbərlər Tarix: 29 İyul 2022 / 13:35
« Əvvəlki xəbər (913 / 7293) Növbəti xəbər »