FHN-in Cənub Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 28 iyul 2022-ci il tarixində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Masallı Dövlət Regional Kollecində rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqdə FHN-in Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin rəhbər heyəti, mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.
Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülən işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

Xəbərlər Tarix: 29 İyul 2022 / 14:23
« Əvvəlki xəbər (908 / 7294) Növbəti xəbər »