Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib
İyulun 28-də Lənkəran şəhərində ikinci Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib. Təhsil İnstitutunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 35 müəllim qatılıb.
Düşərgədə müəllimlərə Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə ətraflı məlumat verilir, onlar tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. Həmçinin iştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev və məktəb mühiti, sosial-iqtisadi vəziyyət və digər amillərin şagirdlərin öyrənməsində rolu barədə də məlumatlandırılır.
Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir.
Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyulun 30-dək davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.

Xəbərlər Tarix: 29 İyul 2022 / 16:04
« Əvvəlki xəbər (893 / 7294) Növbəti xəbər »