Qazilər üçün yaradılan təsərrüfatlara baxış olub


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovla birgə həmin rayonda qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatlara baxış keçirib.
Proqram iştirakçıları ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə icra olunan sosial dəstək paketinin bir istiqaməti kimi, şəhid ailələri və qazilərdən ibarət 8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri, təsərrüfatlar qurulub. Məqsəd onların kiçik biznesə yiyələnmələrinə, bununla sahibkarlığa çıxışına şərait yaradılmasıdır. Hazırda da bu proses davam edir.
Vətən müharibəsi veteranı Orxan Rəsulovun özünüməşğulluq proqramı çərçivəsində verilmiş avadanlıqlarla qurduğu “mebellərin kənar bantlanması” sexinə və Vətən müharibəsi əlili Ülvi Niftalıyev üçün proqram çərçivəsində yaradılmış maldarlıq təsərrüfatına baxış olub.
Dövlət başçısının Sərəncamları ilə O.Rəsulov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Ü.Niftalıyev isə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar. Onlara müvafiq sosial ödənişlər də təyin olunub.
Hər iki müharibə iştirakçısı göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirmək üçün çalışdıqlarını bildiriblər.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 12:08


« Əvvəlki xəbər (872 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36