Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb


Əkin sahələrində taxıl biçinindən sonra yay şumunun aparılması və təkrar qarğıdalı əkinləri davam edir. Bu il ən çox yay şumu Sabirabad rayonunda aparılıb. Rayon üzrə taxıl biçini aparılmış sahələrin 94 faizində yay şumu başa çatıb. Bundan başqa rayon üzrə 2200 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.
Sabirabad həm də respublikanın ən böyük pambıqçılıq rayonlarından biridir. Bu il rayon üzrə 12 min hektara yaxın sahədə pambıq əkilib. Hazırda pambıq sahələrində suvarma və kultivasiya işləri həyata keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunun Qaratəpə kəndində yay şumunun aparılması və təkrar qarğıdalı əkini prosesini izləyib, pambıq sahələrinə baş çəkib, Kürkəndi kəndində inşa olunan pambıq emalı zavodunun tikintisi ilə tanış olub, fermerlərlə görüşüb.
Görüş zamanı pambıqçılıqda məhsul subsidiyasına tam keçidin üstünlükləri, becərmə prosesində aqrotexniki qaydalara düzgün riayət edilməsi, sahələrə gübrə verən zaman normativlərə riayət etmək, məhsul yığımı prosesinə hazırlıq, texnika təminatı və digər mövzularda fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 13:05


« Əvvəlki xəbər (861 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR