“Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda seminar keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Cəlilabad Bölgə Təcrübə Stansiyasının (BTS) direktoru Şahlar Əsədullayev, tingçiliklə məşğul olan şirkətlərin nümayəndələri və 20-yə yaxın fermer iştirak ediblər.
Seminarda bildirilib ki, yem noxudunun növbəli əkinçilikdə torpağın strukturunun yaxşılaşdırılması və qida maddələri ilə zənginləşdirilməsində mühüm rol oynayır. Qeyd edilib ki, bu bitkidən yığılan məhsul heyvandarlıqda və quşçuluqda zəngin qida maddələrindən biri hesab edilir. Həmçinin, yem noxudunun həm növbəli əkinçilikdə, həm də heyvandarlığın yem bazasının möhkəmləndirilməsində böyük perspektivləri var.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Xəbərlər Tarix: 3 Avq 2022 / 16:07
« Əvvəlki xəbər (795 / 7293) Növbəti xəbər »