İşə düzəltmək adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.



Öz xəbərlərimiz  Tarix:   6 Avq 2022 / 11:52


« Əvvəlki xəbər (785 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR