Bir neçə sosial media istifadəçisinə xəbərdarlıq elan edilib

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması ilə əlaqədar adekvat cavab tədbirlər görülür. Ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur. Bununla yanaşı, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olan məlumata əsasən yuxarıda qeyd olunan hallara yol vermiş Bakı şəhər sakinləri Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini Elmar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova prokurorluğa dəvət olunmuş, Qanunun tələbləri onların diqqətinə çatdırılmışdır.
İctimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir.
“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur və buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır.
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilmiş və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir.



Öz xəbərlərimiz  Tarix:   9 Avq 2022 / 10:42


« Əvvəlki xəbər (768 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36