Eko Turizm layihəsi
12 avqust 2022-ci il tarixində Ekologiya və Təbii sərvətlər nazirliyinin başcılığı ilə baş tutmuş layihədə Uğur media şirkətindən könüllü kimi iştirak etdim.Layihədə könüllülərlə yanaşı həmçinin xarici könüllülərdə var idi.Ətraf mühitin qorunması üçün belə bir addım atılması mükəmməl bir təşəbbüs idi.Ərazi olaraq Zirə dəniz kənarı seçildi.Bizimlə birlikdə Cənab Nazir,layihə rəhbərləri,könüllülər,əraziyə istirahətə gələn insanlar belə bu aksiyaya qoşulurdu.Aksiyanın məqsədi təbiəti qorumaq,tullantıları təmizləmək,insanları bu və bunun kimi mövzulara daha ciddi yanaşılmasına çağırırdı.Daha sonra rəhbərlik və könüllülərlə çay süfrəsi,Şah dili ərazisində velosipedlərlə gəzinti,ardından əyləncəli oyunlar keçirdərək geri qayıtdıq.Bu layihədə iştirak etmək çox xoş oldu mənə.Uöur media adından təşəkkürlərimizi bildiririk.
Hazırladı:Ağakişizadə Fidan
Hazırladı:Ağakişizadə Fidan
Öz xəbərlərimiz Tarix: 13 Avq 2022 / 10:22
« Əvvəlki xəbər (758 / 7293) Növbəti xəbər »
« Əvvəlki xəbər (758 / 7293) Növbəti xəbər »