Dəmyə torpaqlarda yay şumunun aparılması və heriyin becərilməsi - Fermerlərə tövsiyə

Əkinçilikdə dəmyə torpaqlarda əsas tədbirlərdən biri məhsul yığımından dərhal sonra sahənin şumlanaraq və ya ağır disklə üzlənərək bitki qalıqlarının torpağa qarışdırılmasıdır. Bu proses yay şumu olmaqla torpağın fiziki şəraitini yaxşılaşır.
Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir. Mütəxəssislər deyir ki, payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.
Dəmyə torpaqlarda yay şumunun əsas əhəmiyyəti bunlardan ibarətdir:
Əkin sahələrində şum optimal müddətdə aparıldıqda torpağın üst səthində olan kapiliyarların dağıdılmasıyla, torpaqda olan rütubətin azalmasının qarşısı alınır;
Eyni zamanda, sahədə əmələ gələcək alaq otlarına qarşı mübarizəni daha da asanlaşdırır;
Əkin sahəsində torpaqda olan zərərli orqanizmlərin məhv olmasını sürətləndirir;
Torpaqda olan məsamələr vasitəsi ilə havalanmanın yaxşılaşması, torpağa düşmüş pestisidlərin (herbisid, insektisid və digər kimyəvi preparatların) deqradasiyası sürətlənir;
Aparılan yay şumu zamanı bitki qalıqlarının torpağa qarışdırılması yağışların torpağa daxil olmasını asanlaşdırır və mikroorqanizmlərin fəaliyyətini aktivləşdirir;
Torpağda münbitliyin artırılmasına, su rejiminin tənzimlənməsinə və növbəti illərdə əkinçilikdə məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir;
Şumun asan aparılması, yanacağa qənaət etməyə imkan verir.
Şumlamadan sonra torpağın səthinin hamarlanması rütubətin torpaqda qorunub saxlanması baxımından çox faydalıdır.
Yay şumu, heriklərin becərilməsi
Dəmyə ərazilərdə, həmçinin həddindən artıq alaqlı sahələrdə heriyin saxlanılması və onun becərilməsi olduqca mühüm texnoloji prosesdir. Heriklərdə aparılan şum vaxtına görə 3 cür olur.
Qara herik. Adətən payızlıq dənli bitkilər üçün ayrılır. Bunun üçün sələf bitkisi yığılan kimi əkin sahəsi 25-30 sm dərinlikdə ön kotancıqlı laydırlı kotanla şumlanır, növbəti ildə sahə boş saxlanılır.
Faraş herik. Adətən erroziya təhlükəsi olan ərazilərdə herik sahələrin şumlanması yazda aparılır.
Gec herik. Təmiz heriklərin bu növü həddindən artıq gec qaldırıldığından və təmiz heriyin o biri növlərinə nisbətən qeyri-əlverişli olduğundan təsərrüfatlarda geniş yayılmayıb.
Bitkili herik. Qara herikdən fərqli olaraq bitkili herikdə vegetasiya müddəti qısa olan bitkilər əkilir.
Bitkili heriklərin də öz növbəsində aşağıdakı formaları var.
Başdan-başa səpilən bitkili heriklər yem üçün birillik paxlalı ot və digər bitkilərin qarışığı səpilir ( paxlalılardan gülül, lərgə, noxud, raps, çovdar, taxıllardan arpa, vələmir və s.). Yazın axırlarında herik bitkilərinin məhsulu yığıldıqdan sonra sahə şumlanır və növbəti əkinə qədər sahə qara herikdəki kimi becərilir.
Cərgəarası becərilən heriklər: Cərgəarası becərilən bitkilərin tezyetişən sortları əkilir (silos üçün qarğıdalı, günəbaxan, yaşıl yem üçün soya, qarğıdalı, raps və s.). Yazda əkilən herik bitkiləri yayda yığıldıqdan sonra sahə dərhal disklənir. Lakin, payızda əkilən herik bitkilərinin (raps, soya, sorqo və s.) yazda məhsulu yığıldıqdan sonra sahə şumlanır və növbəti əkinə qədər sahə qara herikdəki kimi becərilir.
Sideral ( yaşıl gübrə) herikləri. Bu heriklərdə yalnız birillik paxlalı bitkilər (noxud, lərgə, gülül və s.) əkilir və paxlalar əmələ gəlmə fazasında bitkilər diskli mala ilə doğranır və laydırlı kotanla torpağın dərin qatına basdırılır. Sonrakı becərmələr isə qara herikdəki kimi aparılır.



Xəbərlər  Tarix:   17 Avq 2022 / 15:47


« Əvvəlki xəbər (720 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36