Terror Qurbanlarının Beynəlxalq Anım Günüdür

Terrorçuluq bütün dövlətlərə və xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir.
Terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır.
Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və ermənilər müxtəlif vaxtlarda azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, dəhşətli terrorlar və soyqırımı həyata keçirmişlər.
Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatiyası nəticəsində Ermənistanın yeritdiyi terrorçuluq, hərbi təcavüz siyasəti ifşa olunur. 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı.



Xəbərlər  Tarix:   22 Avq 2022 / 14:41


« Əvvəlki xəbər (635 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36